Praktiki SEO Auditi – Azərbaycanda Aparıcı Şirkətlərin Nəticələri ilə

Praktiki SEO auditi ev tapşırığı əsasında Techmark Academy tələbələri ölkədə aparıcı şirkətlərin – Kapital, ABB, Unibank, Paşa Bank, Access Bank, Azərsun, Veysəloğlu, SOCAR, Azercell, Nar, Liv Bona Dea Hospital, Defscope, Bakcell, Bodycare.az, Melissa Group vebsaylarını SEO auditi ediblər. İlk öncə gəlin ilkin anlayışlarla başlayaq.

SEO Auditi Nədir?

Rəqəmsal marketinqdə SEO auditi axtarış nəticələrində veb-saytın fəaliyyətini hərtərəfli qiymətləndirmə metodudur. Daimi SEO auditi ilə veb saytınızı axtarış sözləri üçün uyğun və məhsuldar saxlamaq məqsədilə müntəzəm SEO auditini etmək tələb olunur.

SEO auditi özlüyündə vebsaytı On-Page, Texniki, Off-page və digər aspektlərdən (topical coverage, authority və s.) qiymətləndirmə metodu kimi ortaya çıxır. Bu proses istənilən SEO strategiyasının ayrılmaz hissəsidir və rəqəmsal varlığınızın güclü və zəif tərəflərini başa düşməyə kömək edir.

SEO Auditinin Əhəmiyyəti

Niyə SEO auditi bu qədər vacibdir? – sualını verə bilərsiz. Bunu veb saytınız üçün müntəzəm tibbi müayinə kimi düşünün. Saytınızın SEO-nun hansı aspektlərinin yaxşı işlədiyini və hansının təkmilləşdirilməsinə ehtiyac olduğunu audit etmədən bilmək çətindir. SEO auditinin aparılması peşəkarların təklif etdiyi əsas SEO xidmətlərindən biridir və güclü SEO strategiyası yaratmaq üçün əsasdır.

SEO Auditinin Komponentləri

SEO auditinin aparılması bir addımlı prosedur deyil, çoxşaxəli bir prosesdir. Əsas elementlərə texniki SEO, səhifədaxili SEO (On-Page SEO) və səhifədənkənar SEO (Off-Page SEO) daxildir. Texniki SEO auditində axtarış sistemlərinin sizin saytınızı veb tarama (crawling) etmə qabiliyyətini yaxşılaşdırmaq üçün veb sayt və server performansını qiymətləndirirsiniz.

Səhifədə SEO (On-Page SEO) məzmunun uyğunluğunu və açar sözlərdən istifadəni araşdırır. Səhifədənkənar SEO (Off-Page SEO) başqa saytlardan sizin saytınıza olan linkləri – bağlantıları və digər xarici amilləri (authority, spam score və s.) təhlil edir. Bu elementlərin hər biri SEO strategiyanızı daha effektiv etmək üçün birləşir.

SEO Auditi SEO Strategiyasına necə təsir edir

Axtarış sistemlərindən trafik gətirmək və müştəri əldə etmək qabiliyyətinizi artırmaq istəyirsinizsə, qeyd olunan bütün SEO növləri üzrə auditi vacibdir. Bu, SEO strategiyanızın müəyyənləşdirilməsində, veb saytınızın axtarış motorunun nəticə səhifələrində (SERPs) sıralamasını yaxşılaşdırmaq üçün görülməli olan işlərin formalaşdırılmasında mühüm rol oynayır. Məsələn, SEO auditi gec yüklənən səhifələr, keyfiyyətsiz backlinklər və ya çatışmayan meta açıqlamalar kimi problemləri aşkar edə bilər – SEO performansını artırmaq üçün təkmilləşdirilə bilən komponentlər burada təhlil olunur.

SEO Auditinin Gücü

Daim inkişaf edən rəqəmsal dünyada rəqabətdə qalmaq SEO strategiyanızı davamlı olaraq təkmilləşdirmək və uyğunlaşdırmaq deməkdir. Mütəmadi SEO auditi dəyişikliklərdən xəbərdar olmanıza, böyümə imkanlarını müəyyənləşdirməyə və problemləri böyük problemlərə çevrilməzdən əvvəl həll etməyə kömək edir. Biznesinizin ölçüsündən və ya sektordn asılı olmayaraq, SEO auditi veb saytınızın görünməsini və nəticədə ümumi biznes uğurunuzu artıra biləcək dəyərli bir vasitədir.

Xülasə, SEO dünyası öz terminologiyası və qaydaları ilə çaşdırıcı dərəcədə mürəkkəb görünə bilər. Bununla belə, bu məqalənin məqsədi sizə SEO auditinin aparılmasının incəliklərini deşifrə etməyə, onun əhəmiyyətini nümayiş etdirməyə və möhkəm SEO strategiyasına necə töhfə verdiyini vurğulamağa kömək edir.

Praktiki SEO Audit keysləri

seo auditi seo strategiyasi, seo nedir

Techmark Academy tələbələri tərəfindən aparılan bu SEO auditləri şirkət vebsaytlarının ümumi problemlərini aşkarlamağa kömək edir. Xüsusən On-Page SEO ağırlıqlı verilən tapşırıqda veb səhifələrin kontent və indeksə verilən html elementlərindəki boşluqları anlaya bilirik.

Analizlərdə vebsaytlarda mövcud olan bəzi xətaların araşdırması öz əksini tapır. Bu xətaların mənalarını və necə gəll etməli olduğumuzu öncədən bilməliyik. Gəlin onlarla tanış olaq:

  • Response Codes: Internal Client Error (4xx)
    Bu xəta kodu tapılmayan səhifələrdə (404) adətən meydana gəlir.
  • H1:Missing
    Bu o deməkdir ki, qeyd olunan səhifələrdə Heading 1 elementi yoxdur.
  • H1: Multiple
    Bu o deməkdir ki, qeyd olunan səhifələrdə bir neçə Heading 1 elementi istifadə olunub. Nəticədə bu, məzmunun nə ilə bağı olması haqda Google botu üçün çaşqınlıq yaradır.
  • Pagination URL Not in Anchor Tag (A URL contained in either, or both, the rel=”next” and rel=”prev” attributes of the page)
    Bu o deməkdir ki, kataloqun 2-3 və digər səhifələrinə (pagination) qoyulan alt qismdəki linklər html atributu olaraq əvvəlki (prev) və sonrakı (next) olaraq işarələnməlidir. Əks halda Google hansı səhifələrin öncə və sonra gəldiyini anlamaqda çətinlik çəkə bilir.
  • Page Titles: Missing
    Səhifə adları/başlıqları (title) olmayan səhifələr axtarış nəticələrində Ana səhifənin başlığı ilə eyni olaraq görünür. Bu səbəblə hər səhifənin özünəməxsus başlığı <title> html teqi ilə qeyd olunmalıdır.
  • Page Titles: Duplicate
    Səhifə adları/başlıqları (title) eyni olan səhifələr axtarış nəticələrində eyni səhifə kimi görünür. Bu səbəblə hər səhifə unikal/fərqli ada/başlığa malik olmalıdır.
  • Page Titles: Below 30 Characters
    Boş olan və ya 30 simvoldan az olan başlıqlar uzadılmalı, imkan daxilində açar sözü və şirkət/brend adı buraya daxil edilməlidir.
  • Page Titles: Over 60 Characters
    Səhifə başlıqlarının 60 simvoldan az olması lazımdır ki, yazılan başlıq axtarış nəticəsində tam öz əksini tapsın.
  • Meta Description: Duplicate
    Meta açıqlamaların hər bir səhifə üçün unikal/fərqli olması, həmin səhifədəki məzmunu ifadə etməsi tələb olunur.
  • Meta Description: Missing
    Meta açıqlamaların boş olması axtarış nəticələrində həmin səhifənin açıqlama mətninin olmamasına, nəticədə hədəf açar sözü üzrə optimizasiya olunmamasına gətirib çıxarır.
  • Meta Description: Over 155 Characters
    155 simvoldan çox olan meta açıqlamaların qısaldılması tövsiyə olunur.
  • Meta Description: Below 70 Characters
    Meta açıqlama bölməsi 70 simvoldan çox olmalıdır ki, açar sözü, mövzu açıqlaması və səhifə barədə qısa məlumatı özündə tam əks etdirə bilsin.
  • Images: Over 100KB
    Həcmi 100KB-dan çox olan şəkil fayllarının linkləri burada göstərilir. Həmin şəkillərin böyük həcmdə açılmaması halında compress edilməsi və həcminin azaldılması məsləhət görülür.
  • URL: Uppercase
    URL-də böyük hərf simvollarının olması Google guideline-a ziddir.
  • URL: Underscore
    URL-də _ -yəni underscore istifadə olunması Google guideline-a ziddir
  • Images: Missing Alt Text
    Alternativ mətn açıqlaması olmayan şəkillər burada göstərilir. Bu hissə boş qalmamalıdır.
  • Content: Low Content Pages
    Tərkibində məzmun az olan səhifələr – bu səhifələrdə imkan daxilində məzmun zənginləşdirilməlidir.
  • Directives: Noindex
    Burada qeyd olunan noindex atributlu səhifələr arasında önəmli səhifələr varsa, bu atribut silinməlidir.
Screaming Frog proqramında SEO auditi üzrə əsas xətalar

Mövcud edilmiş analizləri nəzərə alaraq markaların SEO fəaliyyətləri və SEO-a olan münasibətləri haqqında müəyyən qədər fikir formalaşdıra bilərik.

İlkin olaraq bəzi markaların rəqəmsal marketinq fəaliyyətlərində SEO-u əsas kanal kimi gördükləri və SEO daxilində olan işləri də prioritet olaraq bir neçə qrupda sinifləndirdiyiniz görmək olur.

Nar, Kapital və Unibank siyahıda olan digər vebsaytlarla müqayisədə daha yaxşı SEO audit nəticələrinə sahibdirlər.

Aşağıda sizinlə iştirakçıların audit etdiyi saytları paylaşırıq. Keçid edib reportlarla tanış ola bilərsiniz. Şirkətlərin SEO audit nəticələri aşağıdakı kimidir.

SEO Audit keysi – Pasha Bank

seo audit pasha bank, seo kursu, seo xidmeti

Pasha Bank vebsaytı ilə bağlı aparılan SEO auditi üzrə müşahidə olunan inkişaf etdirilməli məqamlar aşağıdakılardır:

  • Page Title-ların uzunluğu çoxdur və burada hər başlıqda standart olaraq açıqlama tipli mətn {{Səhifə Adı}} + ::: PAŞA Bank ::: Korporativ bank, Müxbir banklar, İxrac və Eksport əməliyyatlarının maliyyələşməsi, Kredit, Kreditlər, Dollar ilə kredit, İnternet bankçılıq, Valyuta məzənnəsi, Valyuta məzənnələri, Kənd təsərrüfatı kreditləri, Pos terminallar hissəciyi əlavə olunmuşdur. Bu hissəcik əslində açıqlama mahiyyətlidir və meta descriptionda olmalıdır. Digər tərəfdən hər səhifədə istifadə olunması duplicate hallarını artırır.
  • Başlıqlara ::: – kimi təkrarlanan elementin istifadəsi yaxşı vizual görüntü yaratmır.
  • Meta Description olmayan səhifələr mövcuddur
  • URL-lərdə underscore (alt xətt _ ) istifadə halları mövcuddur

Daha ətraflı hesabatla tanış ola bilərsiniz: bit.ly/screamingfrog_Pasha

SEO Audit keysi – Azərbaycan Beynəlxalq Bankı

seo auditi abb bank, seo kursu, seo xidmeti

ABB bank vebsaytı üzrə SEO nəticələrdə əsasən səhifə başlıqları (Title) və meta açıqlamalarda xətalar aşkar edilmişdir. Bir çox səhifədə duplikatlar aşkar edilmişdir ki, bu da axtarış sistemləri tərəfindən indeksləmədə yaxşı nəticə vermir. Ətraflı hesabatda qeyd edilmişdir: bit.ly/screamingfrog_ABB

SEO Audit keysi – Kapital Bank

Kapital Bank vebsaytı üzrə problemlərin bəziləri aşağıdakılardır:

  • Saytın Xəbərlər (/news) bölməsindəki məqalələr noindex statusundadır. Bu da axtarış sistemlərinə düşməməsinə gətirib çıxarır.
  • URL-lərdə böyük hərf (uppercase) və alt xət (underscore) istifadə halları düzəldilməlidir.
  • Bir çox veb səhifədə Title html elementi Kapital Bank olaraq qalıb və bir çox səhifə üçün bu duplicate-dir. Əslində hər səhifənin özünəməxsus title başlıq html elementi olmalıdır.
  • Bir çox şəklin alt atributları (image alt) yoxdur.
  • Sual (Question) səhifələrində meta description uzunluqları tələb olunan limiti (155-160) ötür.
  • Bir çox səhifədə H1 uzunluğu və meta description ilə bağlı xətalar nəzərə çarpır.

Veb səhifələrlə yanaşı saytda paylaşılan və PDF fayl şəklində olan səhifələr Robots.txt tərəfindən blok olunur. Əgər bu səhifələr indekslənmə mahiyyəti daşıyırsa əslində blok olunmaması gərəkir.

Bu hesabatlar məxfi deyil və saytın https://www.kapitalbank.az/reports bölməsində qeyd olunmuşdur. PDF faylların indekslənməsi tövsiyə olunandır.

Daha ətraflı hesabatda qeyd edilmişdir. bit.ly/Screamingfrog_Kapital

SEO Audit keysi – Liv Bona Dea Klinikası

seo auditi liv bona dea, seo kursu, seo xidmeti

Liv Bona Dea klinikasının vebsaytı üzrə aparılan SEO auditdə oxşar problemlərin şahidi oluruq. Tələbəmiz tərəfindən qeyd olunan əsas problemlər bunlardır:

  • Ana səhifədə H1 yoxdur
  • Multiple H1 yerine H2-H6 ardıcıllığı qorunmalıdır
  • Duplicate olan kontentləri yeniləməliyik, çünki səhifənin SEO-su üçün pisdir və ranking’i aşağı salır
  • Optimal page title uzunluğu 30-60 simvol arasında olmalıdır
  • Dublikat səhifələri fərqləndirmək üçün səhifələrin başlığını dəyişdirmək və ya hansı səhifəni indeksləşdirməli olduğunu göstərmək üçün canonical URL əlavə etmək lazımdır
  • Bir çox səhifəyə Meta Description əlavə olunmalıdır
  • Bir çox səhifədə Meta Desc 150-160 simvol arası olması məsləhət görülür
  • Bəzi şəkillərin həcmi azaldılmalıdır
  • URL xətaları – URL-lərdə yalnız kiçik hərflərdən istifadə etmək daha məqsədəuyğundur. Bəzi search engines və veb serverlər URL-lərdə böyük hərflərə həssas yanaşırlar, beləliklə qarışıq hərf URL-ləri problemlər yarada bilər. Underscore deyil hyphen işlədilməlidir
  • Səhifədəki şəklin məqsədini təsvir edən mətnlə şəkilə alt attribute əlavə edilməlidir
  • Bəzi səhifələrdə kontentlər improve olunmalıdır, ya başqa saytlardan götürülüb, ya da yetəri qədər info yoxdur

Ətraflı hesabatda qeyd edilmişdir: bit.ly/screamingfrog_LivBonaDia

SEO Audit keysi – Azərsun

seo auditi azersun, seo kursu, seo xidmeti

Digər saytlarda olduğu kimi meta descriptionu olmayan və qısa olan, şəkillərin həcmi azalmalı olan hallar mövcuddur. Saytda çox səhifə olmadığı üçün xətaların sayı azdır. Ətraflı hesabatda qeyd edilmişdir: bit.ly/screamingfrog_Azersun

SEO Audit keysi – Melissa Park

seo auditi melisa park, seo kursu, seo xidmeti

Saytda əsasən şəkillər çoxluq təşkil edir. Digər saytlarda olduğu kimi meta elementlərin optimizasiyasına və o cümlədən mətn məzmunlarının artırılmasına ehtiyac var. Ətraflı hesabatda qeyd edilmişdir: bit.ly/screamingfrog_melissa

SEO Audit keysi – Unibank

unibank seo auditi, seo kursu, seo xidmeti

Unibank vebsaytı üzrə meta və html elementlərin xətaları nisbətən azdır. Burada əsas etibarilə H1-H6 iyerarxiyasının düzgün təşkili və URL-lərdə Uppercase hallarının azaldılması kifayət edəcəkdir. Saytın daha çox off-page SEO və kontent üzrə inkişaf etdirilməsi atılmalı olan addımlar arasında ola bilər.

Daha ətraflı hesabatda tanış ola bilərsiniz: bit.ly/screamingfrog_Unibank

SEO Audit keysi – Bakcell

Bakcell vebsaytında yuxarıda qeyd olunan bir çox HTML və Meta elementlərlə bağlı problemlər, şəkil (image alt) açıqlama mətnlərinin olmaması, Low content səhifələrinin olması kimi hallar nəzərə çarpır. Ətraflı report ilə tanış olmaq üçün: bit.ly/screamingfrog_Bakcell

SEO Audit keysi – Nar

SEO auditi nəticəsində ən uğurlu vebsaytlardan biri kimi Nar-ı misal verə bilərik. Bu saytda xətalar nisbətən azdır. Bununla belə şəkillərin həcm optimizasiyası, alt mətnlərinin qeyd olunması, URL Uppercase problemlərinin həlli SEO üçün inkişaf etdirilməli məqamlar sayılır.

Ətraflı hesabatla buradan tanış ola bilərsiniz: bit.ly/screamingfrog_Nar

Bonus

SEO auditi Rəqəmsal Marketinq fəaliyyətinin mühüm parçası kimi qarşımıza çıxır. Techmark Academy olaraq bu sahədə ixtisaslı kadrların olması üçün çalışırıq. Bu və bunun kimi maraqlı ev tapşırıqları ilə Techmark Academy-də peşəkar təcrübə əldə edə bilərsiniz. Elə indi Digital Marketing Kursuna qeydiyyatdan keçin. Biz sizin inkişafınıza zəmanət veririk!

Müəlliflər və Təşəkkür

Burada paylaşılan SEO auditlər aşağıdakı iştirakçılar tərəfindən hazırlanmışdır:

Məqalənin hazırlanması və redaktə heyəti:

Similar Posts