acar soz arasdirilmasi

SEO Açar söz araşdırması – Azərbaycanda Fərqli Sektorların Analizi

Açar söz araşdırılması SEO strategiyanızda mühim bir mövqe tutur. Bu iş sadəcə işə başlamazdan öncə görülməli deyil, zamanla dəyişikliklər edilməli və sürətli şəkildə auditi aparılmalıdır. Əks halda effektiv nəticə əldə etməməklə yanaşı mövcud mövqeyinizi də zamanla itirə bilərsiniz.

Sektorlar Üzrə Açar Söz Təhlili

Formu doldurduqdan sonra emailinizə gələn emaili təsdiq edin və 1 dəqiqə sonra araşdırma sizin emaildə olacaq 😎

SEO Açar söz təhlili nədir?

Açar söz təhlili yaxud açar söz araşdırılması prosesi biznes və məqsədlərimiz üçün lazım, vacib olan açar sözlərin tapılması, analiz edilməsi və daha sonra seqmentləşdirilmiş açar sözlərdən biznesimizin SEO strategiyası üçün istifadə edilməsidir. Eyni zamanda unutmayaq ki, biz bu açar sözləri PPC strategiyamızda da istifadə edə bilərik.

Artıq bilirik ki, biz əgər SEO optimizasiyası yaxud Google və bənzəri axtarış motorlarında axtarış reklamları vermək kimi planınız varsa sizin açar söz araşdırmasına ehtiyacınız olacaq. Rəqəmsal marketinq mütəxəssisləri rəqəmsal marketinqin hansı qolu ilə məşğul olmasından asılı olmayaraq müəyyən səviyyədə açar söz təhlili bacarığına sahib olmalıdır.

SEO Açar söz araşdırmasının əhəmiyyəti

Açar söz araşdırılması istifadəçi niyyətini, istifadəçilərin arzu, istək və tələblərini başa düşməkdə bizə yardımçı olur. Yaxşı bir rəqəmsal marketinq mütəxəssisi bu detalları nəzərə almaqla fəaliyyət göstərdiyi biznes sahəsinin hədəflərini üst-üstə qoyaraq geri dönüşlər ala biləcəyi SEO yaxud PPC strategiyası qura və tətbiq edə bilər.

Ahrefs iddia edir ki, internetdə olan 90% səhifələr axtarış nəticələrində heç bir nəticə vermir. Yəni onlar axtarışda istifadəçilərin önünə çıxmır. Artıq açar söz araşdırmasının və onun düzgün tətbiqinin nə qədər vacib olduğuna bir daha şahid olduq.

SEO Açar Söz Araşdırmasının Gücü

Açar söz araşdırması sizin SEO və PPC strategiyanıza birbaşa təsir edəcək bir detaldır. Doğru açar sözləri tapmaq sizə və biznesinizə nə qədər yaxşı təsir etsə də yanlış açar sözlər sizin biznesiniz və büdcəniz üçün birbaşa kabus ola bilər.

Odur ki, düzgün açar söz araşdırılmasının hansı mahiyyətə malik olduğunun artıq fərqindəyik. SEO və PPC fəaliyyətlərinizə başlamamışdan öncə yaxşı və detallı açar söz araşdırması edin.

Praktiki SEO Açar sözü araşdırma keysləri

Techmark Academy tələbələri tərəfindən aparılan bu açar söz araşdırılması tapşırığı müxtəlif sektorlar və bizneslər üzrə seqmentləşdirilmiş şəkildə açar sözlərin təhlili sizə də oxşar mövzularda SEO və PPC strategiyanızda təsir edəcək. Açar söz araşdırılması zamanı açar sözün həcmi, trenddə olduğu zamanlar və s kimi detallar vacibdir. Və siz hər araşdırmadan sonra analitik düşünərək bəzi qərarlar verməlisiniz.

Aşağıda sizinlə tələbələrimiz tərəfindən edilmiş açar söz araşdırılmasını paylaşırıq.

Sektorlar Üzrə Açar Söz Təhlili

Formu doldurduqdan sonra emailinizə gələn emaili təsdiq edin və 1 dəqiqə sonra araşdırma sizin emaildə olacaq 😎

Mebel Sektoru üzrə SEO Açar Söz Araşdırması

Mebel sektoru ilə bağlı kifayət qədər axtarış həcmi var. Nərmin Xanlarova tərəfindən hazırlanmış bu reportda mebel ve mebellə bağlı açar sözlər öz əksini tapıb.

İncəsənət Sektoru üzrə SEO Açar Söz Araşdırması

Nəzrin Qarayeva tərəfindən incəsənət və incəsənətlə bağlı sahələr üzrə açar söz araşdırılması edildi.

Marketinq sektoru üzrə SEO Açar Söz Araşdırması

Marketinq mövzusunda açar söz araşdırmasını Fatimə Budaqova edib. Araşdırmada marketinq və marketinqlə bağlı sahələri əhatə edən açar sözlər öz əksini tapır.

Kitab satışı üzrə SEO Açar Söz Araşdırması

İsgəndər Quliyev tərəfindən kitabla bağlı edilmiş araşdırma göstərir ki, insanlar kitabla bağlı ən azından axtarış motorlarında elə də çox axtarış etmirlər.

Əmlak Sektoru üzrə SEO Açar Söz Araşdırması

Günel Əhmədova tərəfindən əmlak sektoru ilə bağlı edilmiş açar söz araşdırması özündə yaşayış kompleksləri, qeyri-yaşayış kompleksləri, bina və həyətevləri və s. kimi mövzuları birləşdirib.

Xəbər Saytları üzrə SEO Açar Söz Araşdırması

Namiq Həsənov tərəfindən edilmiş araşdırma xəbər saytları ilə bağlı açar sözləri özündə cəmləşdirib.

Tikinti Materialları üzrə SEO Açar Söz Araşdırması

Elxan Yusifzadənin tikinti materialları ilə bağlı açar söz araşdırması zamanı ortaya çıxan nəticələr göstərir ki, əgər bu sahədə biznesiniz varsa SEO-dan kifayət qədər nəticə əldə edə bilərsiniz.

Xəstəliklər üzrə SEO Açar Söz Araşdırması

Vüsalə Yusif araşdırması zamanı xəstəliklər ilə bağlı açar sözləri təhlil edib. Ümumiyyətlə nəzər salsaq görə bilərik ki, bir çox xəstəliklər, onların müalicəsi, müayinəsi və həmin xəstəliklərlə bağlı dərmanların adları istifadəçilər tərəfində axtarılır. Bu sahədə fəaliyyət göstərən əksər şirkət SEO etdmədiyi üçün sizin üstünlüyünüz olacaq.

Telefon və Noutbuklar üzrə SEO Açar Söz Araşdırması

açar söz təhlili - telefon və noutbuklar

Fəridə Şirinova açar söz təhlili zamanı telefon və notbukları açar söz niyyət (intent) növlərinə görə, marka və modellərə görə ayrıca araşdırıb, bu sahədə fəaliyyət göstərən bizneslər üçün lazımlı və faydalı olduğunu hesab etdiyi açar sözləri xüsusi yaşıl rənglə işarələyib.

Hospitallar və Klinikalar üzrə SEO Açar Söz Araşdırması

Nərmin Mahmudzadənin hospitallarla bağlı araşdırılması kifayət qədər uğurlu hesab edilə bilər. Açar sözləri ümumi və hər bir hospital üzrə ayrıca qeyd edib.

Kiçik Məişət Texnikası üzrə SEO Açar Söz Araşdırması

Şəlalə Rəsulova tərəfindən kiçik məişət texnikası sahəsi detallı olaraq araşdırılıb. Siz müxtəlif məhsullar üzrə açar sözləri gələcəkdə öz işinizdə də istifadə edə bilərsiniz.

Sektorlar Üzrə Açar Söz Təhlili

Formu doldurduqdan sonra emailinizə gələn emaili təsdiq edin və 1 dəqiqə sonra araşdırma sizin emaildə olacaq 😎

Bonus

Açar söz araşdırılması rəqəmsal marketinqin xüsusən də SEO-un çox vacib və ayrılmaz bir hissəsidir. Peşəkar səviyyədə açar söz təhlili etmək, SEO nəticələrini optimizasiya etmək, həmçinin SEO-un digər komponentlərini öyrənmək artıq daha əlçatandır. Elə bugün yay tətilini daha məhsuldar keçirməniz və dəyərləndirməniz üçün Digital Marketing Kursuna qeydiyyatdan keçin. Biz sizin inkişafınıza zəmanət veririk!

Məqalənin hazırlanması və redaktə heyəti:

Similar Posts