Skip to content
techmark.edu.az

techmark.edu.az

  • KurslarExpand
    • Digital Marketing Kursu
    • Machine Learning with Python Kursu
    • Excel ilə Reporting Kursu
  • ResurslarExpand
    • Bloq
    • Məlumat Bazası
  • Haqqımızda
  • Əlaqə
Qeydiyyat
techmark.edu.az
techmark.edu.az

SEO (Search Engine Optimization)

  • SEO üçün Chat GPT İSTİFADƏ ETMƏNİN 6 yolu
  • Google Keyword Planner nədir?
  • Google Search Console Nədir? TAM Praktiki Təlimat
  • WordPress SEO necə edilir? 2023
  • On-page SEO nədir? On-page SEO Checklist 2023
  • YouTube SEO: Youtube SEO Checklist

Sosial Media Marketinqi

  • Meta reklamlarında “Advantage Campaign Budget”
  • Meta reklamlarında Xərcləmə Limitləri: Campaign, Account, Daily

Google Analytics

  • GOOGLE ANALYTICS 4 NƏDİR VƏ ONU NECƏ QURAŞDIRAQ? (TAM PRAKTİKİ TƏLİMAT)
  • Techmark Academy
  • Məlumat Bazası
  • Rəqəmsal Marketinq
  • SEO (Search Engine Optimization)
  • WordPress SEO necə edilir? 2023

WordPress SEO necə edilir? 2023

Mündəricat
  • WordPress SEO Checklist 2023
    • 1. Indeksə icazənin yoxlanılması
    • 2. Permalink strukturunun düzgün qurulması
    • 3. Təq və kateqoriyaların yaradılması
    • 4. Düzgün SEO pluginin seçilməsi
    • 5. XML sitemap faylının yaradılması və Search Console-a əlavə edilməsi
    • 6. Daxili linkləmələrdən istifadə
    • 7. Vizualların optimizasiya edilməsi
    • 8. Rəylərin optimizasiya edilməsi
    • 9. SSL sertifikatının istifadə edilməsi
    • 10. Schemalardan istifadə edilməsi
    • 11. Sayt sürətinin və performansının optimizasiya edilməsi
  • Xülasə

Demək olar ki, əksər vebsaytlar üçün SEO çox vacib detaldır. Hər birimiz saytımızın məzmunun axtarış nəticələrindən trafik əldə etməsini istəyirik. Əgər sizin saytınız WordPress-də qurulubsa aşağıda yazılan detalları nəzərdə saxlayaraq WordPress üçün daha yaxşı SEO optimizasiya edə bilərsiniz. Bəs yaxşı, WordPress SEO necə edilir? 

wordpress seo, wordpress seo nedir, wordpress seo nədir, wordpress seo necə edilir

WordPress SEO ilə bağlı məqalədə yazdığımız detallar sırf WordPress dashboardı üzərindən etməli olduğumuz detallardır. Digər məsələləri siz eyni qaydada etməlisiniz, Search Console-a vebsaytın əlavə edilməsi və s. kimi.  Digər saytlardan fərqləndirən detallar,üstünlüklər, diqqətli olmalı olduğumuz və s. kimi detalları bu yazıda işıqlandıracağıq.

SEO ilə bağlı sizə bu araşdırmamız da maraqlı ola bilər. Techmark Academy tələbələri tərəfindən ölkəmizin aparıcı şirkətlərinin SEO auditini Screaming Frog ilə ediblər. Araşdırma ilə tanış olaraq şirkətlərin etdikləri səhvləri görə bilərsiniz. 

WordPress SEO Checklist 2023 #

1. Indeksə icazənin yoxlanılması #

WordPress üzərində yaratdığınız saytın Google axtarış motoru və digər axtarış motorları üçün görünür olub-olmasını yoxlamaq üçün Settings – Reading  hissəyə daxil olub mövcud vəziyyəti yoxlamalısınız. Bu proses çox sadə və bir o qədər də vacib detaldır.

wordpress seo

2. Permalink strukturunun düzgün qurulması #

Permalink “permanent URL”  mənasında işlənir və saytınızın url strukturunu formalaşdırır. Permalink istifadəçiyə klik etməmişdən öncə saytın məzmunu haqqında müəyyən məlumat verməlidir. Doğru və düzgün qurulmuş permalink strukturu həm istifadəçilərə yaxşı təcrübə yaşadır, həm də botlara saytımızın daha öndə çıxması üçün siqnallar ötürür. 

Yaxşı permalink nümunəsi – https://techmark.edu.az/reqemsal-marketinq-kursu/ 

Pis permalink nümunəsi – https://techmark.edu.az/post78 

digital marketing kursu, techmark academy sayt

3. Təq və kateqoriyaların yaradılması #

WordPress vebsaytınızı müvafiq təq və kateqoriyalara ayırmaqla Google-a saytınızı strukturlaşdırılmış olmasını bildirmiş olursunu və bu da sizə SEO nəticələrində heç şübhəsiz müsbət təsir edir. Təq və kateqoriyalardan düzgün istifadə saytınızda istifadəçi təcrüəbsini də yaxşılaşdırır ki, bu da nəticədə saytınızda keçirilən vaxt və engagement nəticələrinin artmasına gətirib çıxarır.

4. Düzgün SEO pluginin seçilməsi #

WordPress vebsaytında düzgün pluginin sçeilməsi və ondan düzgün istifadə çox amma çox vacib detaldır. SEO plugin ilə əldə edəcəyiniz funksionallıqlar normalda WordPress-də pluginsiz demək olar ki, mümkün deyil. Hazırda daha çox istifadə olunan aşağıdakı pluginlər vardır.

  • Rank Math
  • Yoast
  • All in one SEO

Bu və digər pluginlərlə bağlı siz WordPress saytınızdan pluginlər hissədən daxil olub axtarış edə bilərsiniz.

5. XML sitemap faylının yaradılması və Search Console-a əlavə edilməsi #

XML saytınızın bütün səhifələrinin daxil olduğu fayldır. Bu faylı yaradıb, search console-a əlavə etməniz axtarış motorlarının saytınızın daha tez tapmasına, indeksləməsinə kömək edir.

Əgər sizin yüksək kod bacarığınız yoxdursa bundan dolayı narahat olmaya bilərsiniz. Yuxarıda qeyd etdiyimiz pluginlərin əksəriyyəti XML sitemap yaratmağa dəstək olur. Bu həm asan, həm də təhlükəsiz bir metoddur. 

6. Daxili linkləmələrdən istifadə #

WordPress vebsaytı da digər vebsaytlar kimi SEO nəticələrinin artırılması üçün bəzi fəaliyyətlərin təsirilə domen score qalxa bilir. Belə ki,  Anchor Text-lərdən istifadə edərək zəngin daxili linkləmə saytın on-page seo göstəricilərini yüksəldə bilərsiniz.

7. Vizualların optimizasiya edilməsi #

Fotoların sayta əlavə edilməsi zamanı nəzərə almalısınız ki, bu fotolar saytın yüklənməsinə mane olmasın. Bunun üçün sayta yüklənmiş fotoları compress etmək, eyni zamanda bu işi avtomatlaşdırmaq üçün müvafiq pluginlərdən də istifadə edə bilərsiniz. 

Fotolara uyğun alt text-lərin əlavə edilməsini isə unutmamaq lazımdır. 

8. Rəylərin optimizasiya edilməsi #

WordPress üzərində qurulmuş vebsaytda rəy hissə açıqdırsa ora çoxlu spam rəylər gəlir. Bəziləriniz əminəm ki, bu prosesi yaşamısınız. Amma həlli düşündüyünüz qədər çətin deyil. Bunun üçün plugin hissəyə comment spam yazıb çıxan ilk pluginlərdən birini yükləyib bu problemi həll edə bilərsiniz.

9. SSL sertifikatının istifadə edilməsi #

Googlr botları təhlükəsizliyi təmin olunan vebsaytları daha çox sevir. İstənilən halda SSL sertifkatın saytda aktiv olması demək olar ki, zərurətdir. Əgər WordPress üzərində yaratdığınız saytınızda ssl yoxdursa plugin hissəyə SSL yazıb ilk plugini yükləməniz tövsiyə olunur.

WordPress üzərində yuxarıda qeyd edilən detalları doğru şəkildə tətbiq etməklə nəticə əldə edə biləcəksiniz. Eyni zamanda SEO üçün mövcud bütün imkanlardan istifadə edərək WordPress saytınızı SEO optimizasiya edə bilərsiniz. 

10. Schemalardan istifadə edilməsi #

Heç şübhəsiz siz axtarışlar zamanı bəzi axtarışların daha zəngin nəticələr göstərdiyini görübsünüzü. Buna səbəb həmin vebsaytların schemalar-dan istifadə etməsi və axtarış motorlarına daha zəngin nəticələr təqdim edə bilməsidir. WordPress-də olan vebsaytınızda siz daha asanlıqda schema-lar yarada bilərsiniz. Nəticədə bu sizə daha çox klikləmə və CTR verə bilər, bu isə SEO nəticələrinə müsbət təsir edir. Çıxan nəticələr isə rich snippets  olaraq adlanır.

Hazırda 30-dan çox schema növləri var. Bunlardan ən çox istifadə olunanlanları bloq post, resept, faq, kurs, kitab, video və s.dır. 

Resept üçün schema 

11. Sayt sürətinin və performansının optimizasiya edilməsi #

Bugünümüzdə insanlar bir neçə saniyədən gec yüklənən saytları əksər hallarda anında tərk edirlər. Əgər sizin vebsaytın alternativi varsa onlar başqa sayta keçid edəcəklər. Bu da o deməkdir ki, vebsaytınızın yüklənmə sürəti mümkün qədər qısa olmalıdır. Saytınızın mobil versiyası ən az desktop qədər sürətli olmalı və yaxşı işləməlidir. Çünki saytınızda dwell time az, bounce rate yüksək olarsa bu da SEO nəticənizə mənfi təsiri olacaq.

Siz vebsaytınızı bu sayta – https://pagespeed.web.dev/ keçid edərək test edə bilərsiniz. Həm mobile, həm də desktop versiya üçün nəticələrlə tanış ola və problemləri ortaya çıxarıb həll edə bilərsiniz. 

WordPress saytlarınız üçün sağlam şablon və dayanıqlı hostinq seçmənizi tövsiyə edirik.

Xülasə #

WordPress SEO üçün SEO ilə bağlı bildiyimiz bütün məlumatları wordpressin bizə yaratdığı imkanlarla istifadə etməliyik. WordPress istifadə edərkən crack şablon, plugin və vaxtı keçmiş resurslardan istifadə etməkdən yayının. 

Zamanla saytınızı test edin, qısa və aydın hədəflərlə SEO göstəricinizi artırın. Saytınızın backup versiyasını çıxarmağı isə unutmayın.

Bonus Video

Əgər siz video izləməyi və öyrənəmyi sevirsinizsə bu video məhz sizin üçündür. 

Google Search Console Nədir? TAM Praktiki TəlimatOn-page SEO nədir? On-page SEO Checklist 2023
Mündəricat
  • WordPress SEO Checklist 2023
    • 1. Indeksə icazənin yoxlanılması
    • 2. Permalink strukturunun düzgün qurulması
    • 3. Təq və kateqoriyaların yaradılması
    • 4. Düzgün SEO pluginin seçilməsi
    • 5. XML sitemap faylının yaradılması və Search Console-a əlavə edilməsi
    • 6. Daxili linkləmələrdən istifadə
    • 7. Vizualların optimizasiya edilməsi
    • 8. Rəylərin optimizasiya edilməsi
    • 9. SSL sertifikatının istifadə edilməsi
    • 10. Schemalardan istifadə edilməsi
    • 11. Sayt sürətinin və performansının optimizasiya edilməsi
  • Xülasə

Techmark Academy

Techmark Rəqəmsal Tədris Mərkəzi sizlərə rəqəmsallaşan müasir dünyamıza adaptasiya prosesində yardım edəcək kursları təklif edir. Biznes, marketinq, dizayn, kodlaşdırma və neyro elmlər üzrə texnologiyanın təsir etdiyi sektorlar üzrə yeniliklərin tədris sektoruna tətbiqi üçün çalışırıq.

Sosial Mediada Biz

Facebook
Linkedin
Instagram

 

Məxfilik:
Privacy Policy

Populyar Kurslar

Rəqəmsal Marketinq kursu
UX/UI kursu
Machine Learning with Python kursu

© 2025 techmark.edu.az

Linkedin Facebook Instagram
Scroll to top
  • Kurslar
    • Digital Marketing Kursu
    • Machine Learning with Python Kursu
    • Excel ilə Reporting Kursu
  • Resurslar
    • Bloq
    • Məlumat Bazası
  • Haqqımızda
  • Əlaqə
Qeydiyyat