On-page SEO nədir? #
On-page SEO vebsayt səhifəsinin məzmun və strukturunun axtarış nəticələri üçün optimizasiya prosesidir. Daha sadə dildə desək On-page SEO nədir sualının cavabı odur ki, veb səhifənin daxilində etdiyiniz bütün proseslər On-page SEO adlanır. Bura title təqdlərinin, meta description-un, url strukturunun, vizualların və s. Google və digər açar sözlər üçün optimizasiya edilməsi daxildir.
On-page SEO checklist 2023 #
İndi isə sizinlə 2023-cü ildə On-page SEO üçün əsas checklisti paylaşırıq. Siz siyahıda qeyd etdiyimiz detalları nəzərə alıb optimizasiyalar etsəniz vebsaytınızın axtarış nəticələrində mövqeyi xeyli irəliləyəcək.
- Açar sözlərin təyin edilməsi
Düzgün açar sözlərin tapılması və hədəflənməsi əsas fundamental işlərdən biridir. Hədəf düzgün açar sözlərin tapılaraq kontentdə hədəflənməsi və axtarış nəticələrimizdə vebsaytımızın önə çıxmasıdır. Açar söz təhlili üçün bir neçə yol var. Bu işdə ödənişli və ödənişsiz alətlər bizə yardımçı olacaq. Semrush və Ahrefs ölkəmizdə ödənişli alətlərdən ən çox istifadə olunanlardır. Bununla yanaşı keywordtool.io kimi fremium alətlərdən istifadə edə, həmçinin google autosuggest ilə də uyğun açar sözləri tapa bilərsiniz. Əsas hədəf axtarış həcmi olan düzgün açarsözlərin tapılaraq uyğun formada hədəflənməsidir.
- Title təqlərinin optimizasiya edilməsi
Titlə təq SERP-də görünən səhifənin title (başlıq) təqidir. Bu təq Google-a səhifəniz haqqında məlumat verir.
Title təqdə əsas açarsözümüzü yazmaq On-page SEO üçün vacib göstəricidir. Ancaq Title təqlərə açar öszləri yazarkən keyword staffing etməkdən yayının. Başlıq teqləri üçün ideal uzunluq 50-60 simvoldur.
- Meta description-un optimizasiya edilməsi
Meta description (meta açıqlama, meta təsvir) SERP-də görünən açıqlama hissədir. Bu element müəyyən qədər Title teqlərə bənzəyir. Sıralama üçün birbaşa vacib faktor olmasa da siz ideal və unikal bir meta description yazmalısınız ki, istifadəçi bu açıqlamanı gördükdə saytınıza keçid etməyə həvəsli olsun. Ümumiyyətlə məzmunu optimizasiya edərkən botlar üçün deyil, insanlar üçün etmək lazımdır. Meta description üçün ideal uzunluq 150-160 simvol uzunluğundadır.
- URL strukturunun optimizasiya edilməsi
URL slug URL strukturunun bir hissəsidir və hər səhifə üçün özəl yəni unikal olur, özü-özünü təkrarlamır. İdeal URL slug qısa, aydın və açıqlayıcı olmalıdır. İstifadəçi həmin url-i gördükdə onda ilkin təəsüratlar formalaşmalı və onun axtarış niyyətinə uyğundursa o saytınıza keçid etməlidir. Title təqlərdə olduğu kimi burada da əsas açar sözü url-də işlətmək faydalıdır. URL-də olan sözləri bir-birilə “-” defis işarəsilə ayırın. Saytınızın köhnə url strukturunda dəyişiklik olarsa mütləq köhnəni təzəyə redirect yəni yönləndirmə edin.
- Açar sözlərin kontentə əlavə edilməsi
Google sizin əsas açarsözü saytınızın məzmununda axtarır ki, açar sözlə səhifədə olan məzmun uyğundur, yoxsa deyil. Əsas açarsözü ilk paraqrafda mütləq istifadə edin, daha sonra isə digər açarsözləri də məzmunun müxtəlif yerlərində istifadə edin. Yuxarıda da qeyd etdiyimiz kimi keyword staffing etməkdən yayının.
- Subbaşlıqların yaradılması
On-page SEO təkcə yuxarıdakılardan ibarət deyil. Siz məzmunuza H2 – H6 təqləri də əlavə edə bilərsiniz. Bir çox araşdırma göstərir ki, H2-H4 daha effektiv nəticələr verir. Amma unutmayın ki, bir saytda yanlız bir ədəd H1 istifadə edə bilərsiniz. Əgər saytınız WordPress-dirsə title təq sizdə elə H1 sayılır və siz artıq məzmunda H2-dən istifadə etməyə başlayın.
- Daxili linkləmənin edilməsi
Daxili linkləmə SEO sıralamanıza təsiredə biləcək gücdədir. Belə ki, daxili linkləmə saytınızın səhifələri arasında verilən linklərdir. Bu Google-a sizin saytınızı və məzmununu daha yaxşı anlamasına kömək edir. Açıqlayıcı anchor text istifadə etməniz Google-a saytınızı dəyərləndirməkdə daha da kömək edəcək. Çalışın saytınızda daxili linklər almayan veb səhifə qalmasın.
- Foto və video vizualların əlavə edilməsi
Foto və video məzmunlar istifadəçilər üçün daha yaxşı təcrübə yaşamağa kömək etdiyi kimi, Google botlarına da saytınızı dəyərləndirməsi zamanı daha yaxşı siqnallar ötürə bilir. Video məzmunun olduğu saytlar daha çox unikal baxış sayı, share və backlink əldə edirlər. Foto və video məzmunlar istifadə edərkən bu detallara diqqət edin.
- Hər şəkilə xüsusi alt text-lər yazın
- Fotoları resize edin, həmçinin həcmini minimum edin, sıxlaşdırın
- Videoları isə hansısa hostdan əlavə edin, məsələn, Youtube.
- Schema-larda istifadə edilməsi
Məzmun hazır olduqdan sonra kontentə uyğun müvafiq schemalar istifadə edin. Bu sizə axtarış nəticələrində fərqli formalarda çıxmağa dəstək olacaq. Schema strukturlaşdırılmış datadır ki, Google-a məzmun haqqında daha dolğun məlumat verir. Hazırda 32 fərqli schema növü var. Buraya FAQ-lər, Article, How-to və . daxildir.
Digital Marketinq Kursu #
Bonus olaraq qeyd edə bilərik ki, siz əgər öz SEO biliklərinizi artırmaq və real keyzlər üzərində yoxlamaq istəsəniz bizə müraciət edə və saytımızda bloqlar yaza bilərsiniz. Həmçinin Digital Marketing kursu üçün qeydiyyatdan keçərək rəqəmsal marketinqlə bağlı biliklərinizi bir üst səviyyəyə daşıya bilərsiniz.
On-Page SEO Video Material #
Bu bloq yazısından sonra Ahrefs-in hazırladığı video sizin üçün olduqca faydalı olacaq.