Skip to content
techmark.edu.az

techmark.edu.az

  • KurslarExpand
    • Digital Marketing Kursu
    • Machine Learning with Python Kursu
    • Excel ilə Reporting Kursu
  • ResurslarExpand
    • Bloq
    • Məlumat Bazası
  • Haqqımızda
  • Əlaqə
Qeydiyyat
techmark.edu.az
techmark.edu.az

SEO (Search Engine Optimization)

  • SEO üçün Chat GPT İSTİFADƏ ETMƏNİN 6 yolu
  • Google Keyword Planner nədir?
  • Google Search Console Nədir? TAM Praktiki Təlimat
  • WordPress SEO necə edilir? 2023
  • On-page SEO nədir? On-page SEO Checklist 2023
  • YouTube SEO: Youtube SEO Checklist

Sosial Media Marketinqi

  • Meta reklamlarında “Advantage Campaign Budget”
  • Meta reklamlarında Xərcləmə Limitləri: Campaign, Account, Daily

Google Analytics

  • GOOGLE ANALYTICS 4 NƏDİR VƏ ONU NECƏ QURAŞDIRAQ? (TAM PRAKTİKİ TƏLİMAT)
  • Techmark Academy
  • Məlumat Bazası
  • Rəqəmsal Marketinq
  • Sosial Media Marketinqi
  • Meta reklamlarında Xərcləmə Limitləri: Campaign, Account, Daily

Meta reklamlarında Xərcləmə Limitləri: Campaign, Account, Daily

Mündəricat
  • Campaniya Spending Limits
  • Account Spending Limits
  • Daily Spending Limits
meta spending limits

Campaign Spending Limits, Account Spending Limits, and Daily Spending Limits

Bəzən Facebook reklamlarında qarşılaşdığımız bəzi terminlər bir-birinə oxşar olurlar. Və çoxumuz onları fərqləndirməkdə çətinlik çəkirik. Bu dəfəki yazımızda sizə o terminlərdən üçü barəsində danışacağıq. 

Bunlar Kampaniya xərcləmə limiti, Hesab xərcləmə limiti və Günlük xərcləmə limitidir. Reklamverənlər tez-tez onları bir-birinin yerinə istifadə edirlər, lakin onlar olduqca fərqli mənaları ifadə edir. Gəlin onnların nə olduğuna və onları unikal edən xüsusiyyətlərə baxaq. 

Campaniya Spending Limits #

Siz bir kampaniya yaradan zaman Kampaniya xərcləmə limiti təyin etmək seçiminiz olur. 

Bu, yaratdığınız bir kampaniya üçün total büdcə sayılır və kampaniya daxilində ad setlər üçün xərcləmək istədiyiniz ömürlük və ya günlük büdcənin tutarıdır. Gəlin ətraflı baxaq.

Ömürlük büdcə (A lifetime budget) reklamlarınızın necə yayımlandığına təsir edir. 10 gün davam edən ad set üçün ömürlük büdcəni 1000 usd təyin edə bilərsiniz. Meta,  bu məbləği gündə təxminən 100 dollar olmaqla xərcləyəcək.

Kampaniya Xərcləmə Limiti reklamın yayımlanmasına təsir göstərmir. Kampaniya daxilində bir və ya bir neçə ad set olmasından asılı olmayaraq, bu limitə çatan kimi reklamınız dayanacaq. Bu, bir növ gündəlik büdcə təyin etməklə oxşardır ancaq burada reklamınız təyin olunan son tarixdə deyil, təyin olunan büdcə limitinə çatdıqda dayanır. 

Valyutanıza əsaslanan minimum Kampaniya Xərcləmə Limiti var. Bizdə bu, 100 dollar kimi görünür.

Kampaniya Xərcləmə Limitinə çatdıqdan sonra kampaniyanız dayanacaq və sizə bildiriş gələcək. Daha sonra reklamlarınızın davam etməsini istəyirsinizsə, limiti silməyi və ya artırmağı seçə bilərsiniz.

Kampaniyada siz Kampaniya Xərcləri Limitinizdəki irəliləyişi görə bilərsiniz.

Əgər müəyyən kampaniya üçün xərclənəcək məbləğə ciddi limit qoyan bir müştəriniz varsa  Kampaniya Xərcləmə Limitindən istifadə etməyiniz yaxşı olar. Bunun yerinə siz həm də gündəlik və lifetime büdcələrdən istifadə etməyə üstünlük verə bilərsiniz.

Meta deyir ki, ömürlük büdcələri bir Kampaniya Xərcləmə Limiti ilə istifadə edə bilməyəcəksiniz, bu da məntiqlidir. Amma görünür ki bunu texniki cəhətdən edə bilirik və heç bir error yaranmır.

Əlbəttə ki, sual ömürlük büdcəni aşmadığımızdan əmin olmaqdan başqa, niyə bunu etməyimizdir. Çünki əksər hallarda bu, günlük  büdcələrlə birgə istifadə olunacaq.

Account Spending Limits #

Siz həmçinin reklam hesabında Hesab Xərcləmə Limiti ilə işləyən bütün kampaniyalarda xərcləyəcəyi məbləğə ömürlük limit təyin edə bilərsiniz.

Hesab Xərcləmə Limiti təyin etmək üçün Billing hissəsinə keçin…

Buradan isə Payment Activity hissəyə keçin.

Əməliyyatların (Transactions) altında Hesab Xərcləmə Limitini seçin.

Hesab Xərcləmə Limitiniz varsa, onu burada görəcəksiniz. Limitdən nə qədər məbləğ xərclədiyinizi izləyə biləcəksiniz.

Əks halda, həmin hissə belə görünəcək.

Yuxarıda, “Ödəniş Parametrləri” (Payment Settings)-ə klikləyin.

Və səhifənin ortalarına doğru getsəniz aşağıdakı hissəni görəcəksiniz. 

Buradan hesabınıza xərcləmə limiti təyin edə bilərsiniz. 

Reklam xərcləri bu limit təyin edildikdən sonra ona uyğun olaraq hesablanmağa başlayacaq.

Hesab Xərcləmə Limitinizə çatdıqda reklam hesabındakı bütün kampaniyalarda xərcləmə dayanacaq, lakin onlar yenə də görünməyə davam edəcək. Sizə isə limiti keçdiyinizi göstərən bildiriş gələcək.

Reklamlarınızı davam etməsini istəyirsinizsə, üç seçiminiz var:

  1. Hesab Xərcləmə Limitini dəyişin
  2. Hesab Xərcləmə Limitini silin
  3. Hesab  Xərcləmə Limitiniz üçün xərclənən məbləği sıfırlayın

Müştəriniz müəyyən bir kampaniya üçün deyil, bütün hesab üçün xərclədiniz məbləğə nəzarət etmək istədikdə bu metoddan istifadə edə bilərsiniz.

Daily Spending Limits #

Bu tanış olacağımız sonuncu xərcləmə növüdür. Günlük xərcləmə limiti reklam hesabınızda təyin etdiyiniz ömürlük deyil, günlük həddir.

Günlük Xərcləmə Limiti nə qədər xərcləyə biləcəyinizi məhdudlaşdırır. Lakin bu, bütün kampaniyalarda və ya bütün reklam hesablarında ola bilər. Və Meta tərəfindən təyin edilir.

Meta aşağıdakı hallardan hansısa birində Günlük Xərcləmə Limitini təyin edə bilər…

1. Yeni Biznes Hesabınız, reklam hesabınız, səhifəniz və ya tətbiqiniz var.

2. Siz Meta-nın Reklam Standartlarını və ya digər şərtlərini pozmusunuz.

3. Hesabınızla bağlı reklam keyfiyyətinin aşağı olması və ya istifadəçilərin şikayətləri kimi digər problemlər var.

Bəs yaxşı Günlük xərcləmə limiti haradadır? Çünki biz bunu hansısa Meta dokumentasiyasında görməmişik. Ancaq iş əsnasında biz bunun fərqinə günlük xərcləmə limitini aşmaq istəyəndə varırıq.

Hesaba Günlük Xərcləmə Limiti qoyulubsa, nə etməliyik? 

Birincisi, mümkünsə, biznes hesabını verifikasiya etməliyik. Meta deyir ki, bu, limitləri daha tez artırmağa kömək edir.

İkincisi, bu Gündəlik Xərcləmə Limitlərini diqqətə almadan büdcələr təyin edin. Əgər zamanla yaxşı büdcələr xərcləsəniz, bu məhdudiyyətlər təbii olaraq aradan qalxacaq və limitiniz artacaq.

Bu blogumuzda sizə Xərcləmə Limitlərindən danışdıq. 

 Bu xərcləmə limitlərindən heç istifadə etmisinizmi və ya sizə Günlük Xərcləmə Limiti qoyulubmu?

Bizimlə paylaşa bilərsiniz. 

Meta reklamlarında “Advantage Campaign Budget”
Mündəricat
  • Campaniya Spending Limits
  • Account Spending Limits
  • Daily Spending Limits

Techmark Academy

Techmark Rəqəmsal Tədris Mərkəzi sizlərə rəqəmsallaşan müasir dünyamıza adaptasiya prosesində yardım edəcək kursları təklif edir. Biznes, marketinq, dizayn, kodlaşdırma və neyro elmlər üzrə texnologiyanın təsir etdiyi sektorlar üzrə yeniliklərin tədris sektoruna tətbiqi üçün çalışırıq.

Sosial Mediada Biz

Facebook
Linkedin
Instagram

 

Məxfilik:
Privacy Policy

Populyar Kurslar

Rəqəmsal Marketinq kursu
UX/UI kursu
Machine Learning with Python kursu

© 2025 techmark.edu.az

Linkedin Facebook Instagram
Scroll to top
  • Kurslar
    • Digital Marketing Kursu
    • Machine Learning with Python Kursu
    • Excel ilə Reporting Kursu
  • Resurslar
    • Bloq
    • Məlumat Bazası
  • Haqqımızda
  • Əlaqə
Qeydiyyat