Skip to content
techmark.edu.az

techmark.edu.az

  • KurslarExpand
    • Digital Marketing Kursu
    • Machine Learning with Python Kursu
    • Excel ilə Reporting Kursu
  • ResurslarExpand
    • Bloq
    • Məlumat Bazası
  • Haqqımızda
  • Əlaqə
Qeydiyyat
techmark.edu.az
techmark.edu.az

SEO (Search Engine Optimization)

  • SEO üçün Chat GPT İSTİFADƏ ETMƏNİN 6 yolu
  • Google Keyword Planner nədir?
  • Google Search Console Nədir? TAM Praktiki Təlimat
  • WordPress SEO necə edilir? 2023
  • On-page SEO nədir? On-page SEO Checklist 2023
  • YouTube SEO: Youtube SEO Checklist

Sosial Media Marketinqi

  • Meta reklamlarında “Advantage Campaign Budget”
  • Meta reklamlarında Xərcləmə Limitləri: Campaign, Account, Daily

Google Analytics

  • GOOGLE ANALYTICS 4 NƏDİR VƏ ONU NECƏ QURAŞDIRAQ? (TAM PRAKTİKİ TƏLİMAT)
  • Techmark Academy
  • Məlumat Bazası
  • Rəqəmsal Marketinq
  • Sosial Media Marketinqi
  • Meta reklamlarında “Advantage Campaign Budget”

Meta reklamlarında “Advantage Campaign Budget”

Mündəricat
  • Advantage Campaign Budget necə işləyir?
  • Eligibility Tələbləri (Eligibility Requirements)
  • Necə set up etməliyik?
  • Ad set xərcləmə limitləri 
  • Ən yaxşı təcrübələr 
  • Nə vaxt istifadə etməliyik?

Advantage Campaign Budget (Best Practices)

Advantage Campaign Budget (əvvəllər Kampaniya Büdcəsinin Optimizasiyası və ya CBO) Meta reklamı yaradan zaman qarşılaşdığımız seçimdir.

Bəs sizcə bu seçimi aktivləşdirməliyik?

Bu yazıda:

– Advantage Campaign Budget Necə İşləyir?

– Eligibility tələbləri

– Necə set up etməliyik?

– Ad set xərcləmə limitləri

– Ən yaxşı təcrübələr

– Nə vaxt istifadə etməliyik? 

Və s. Kimi suallara cavab tapacaqsınız. Gəlin balşayaq.

Advantage Campaign Budget necə işləyir? #

Standart kampaniya yaradarkən biz fərdi olaraq hər ad set üçün ayrı büdcədən istifadə edirik. Tutaq ki, üç ad setimiz var…

Ad set 1: $20

Ad set 2: $20

Ad set 3: $20

Hər bir ad setin öz büdcəsi var.

Lakin Advantage Campaign Budget aktiv olduqda, büdcə kampaniya çərçivəsində müəyyən edilir. Yuxarıdakı nümunə üçün aktivdirsə, kampaniya büdcəniz 60 dollar ola bilər. Bu situasiyada Meta ən yaxşı nəticəni vermək üçün büdcəni fərqli şəkildə bölə bilər.

Bu, hər bir ad set üçün nə qədər büdcə ayırmaq qərarınızı asanlaşdıra bilər. Alqoritmi bir ad set  üçün 20 dollar xərcləməyə məcbur etmək əvəzinə, Advantage Campaign Budget onu müəyyən müddət üçün belə paylaya bilər:

Ad set 1: $30

Ad set 2: $10

Ad set 3: $20

Ad set 2 yaxşı performans göstərmirsə, Meta həmin reklama daha az xərcləyə bilər; Əgər Ad set 1 digərlərindən yaxşı nəticə verirsə, ona daha çox büdcə xərclənə bilər. Hər bir ad setə ayrılan büdcənin miqdarı gündəlik olaraq dəyişə bilər.

Eligibility Tələbləri (Eligibility Requirements) #

Advantage Campaign Budget-dən  istifadə etmək üçün aşağıdakılar keçərli olacaq:

1. Kampaniya daxilində ən azı iki ad set olmalıdır.

2. Bütün ad setlər üçün eyni büdcə növü (Daily və ya lifetime) istifadə olunmalıdır.

3. Bütün ad setlərdə ortaq təklif strategiyasından (Bid strategy) istifadə ediləcək.

4. Highest Volume bid strategy istifadə edirsinizsə, eynisi (Performance Goal) bütün ad setlərdə  isifadə olunacaq.

5. Standart çatdırılma(delivery) avtomatik olaraq tətbiq olunacaq.

Büdcə növü, təklif strategiyası, performans məqsədi və ya çatdırılma ilə fərqlənən reklam dəstləri yaratmaq istəyirsinizsə, o zaman Advantage Campaign Budget yerinə hər ad set üçün fərdi büdcələrdən istifadə etməlisiz. 

Necə set up etməliyik? #

Advantage Campaign Budgeti aktivləşdirdiyiniz zaman aşağıdakı kimi görünəcək.

Siz gündəlik və ya ömürlük büdcə təyin edə bilərsiniz. Sadəcə unutmayın ki, bu büdcə kampaniya daxilindəki bütün ad setlərə aiddir. 

Lifetime büdcədən istifadə edirsinizsə o zaman reklamları müəyyən vaxta görə planlama imkanınız da olacaq. 

Bu, ad set hissədə ayarlanacaq. Ona görədə siz hər ad set üçün bu vaxtı fərdiləşdirə bilərsiniz.

Yuxarıda da qeyd etdiyimiz kimi Bid strategy bütün ad setlərə aid olunur və biz onu ümumi kampaniya üçün təyin edirik.

Reklam məqsədindən asılı olaraq siz aşağıdakı mövcud seçimlərdən birini seçə biləcəksiniz.

  • Highest Volume or Value (Əgər satış reklamlarında Value Performas hədəfiniz olarsa)
  • Cost Per Result Goal 
  • ROAS Goal (əgər Value Performans Hədəfiniz olarsa)
  • Bid Cap

Bu parametrlərin heç biri Advantage Campaign Budget üçün unikal deyil. Belə ki, hər ad set üçün ayrı-ayrı büdcələrdən istifadə edərkən bunlarla qarşılaşmırsınızsa, bu barədə narahat olmayın.

Ad set xərcləmə limitləri  #

Ola bilsin ki, sizdən auditoriyaya müəyyən məbləğ xərcləmək tələb olunur və ya Meta-nın bir ad setə çox büdcə xərcləməsinin qarşısını almaq istəyirsiniz. Siz bunu ad set xərcləmə limiti minimumları və maksimumları ilə idarə edə bilərsiniz.

Advantage Campaign Budgeti aktiv etdikdən sonra, Ad Set hissədən siz  Budget & Schedule daxilində yer alan Ad set spending Limiti aktivləşdirirsiniz . Bu, gündəlik və ya ömürlük büdcələrdən istifadə etməyinizdən asılı olmayaraq həmişə mövcud olur.

Yuxarıdakı qrafikdə gördüyünüz kimi, Meta minimum büdcəni xərcləyəcəyinə tam zəmanət verə bilməz, lakin onu xərcləməyə çalışacaq.

Və xəbərdarlıq bizə göstərir ki, həm minimum, həm də maksimum ad set xərcləmə limitini tətbiq etmək tövsiyə edilmir, çünki bu, alqoritmi məhdudlaşdıracaq. Hətta Meta özü belə onlardan istifadə etməyi məsləhət  görmür.

Advantage Campaign Budget istifadə edərək büdcənizi optimal şəkildə bölüşdürmək üçün Meta-ya etibar etmirsinizsə, sadəcə olaraq ad set büdcələrindən istifadə edin.

Ən yaxşı təcrübələr  #

Meta-nın Advantage Campaign Budget-dən maksimum yararlanmaq üçün bir neçə tövsiyəsi var:

1. Ad setlər arasında auditoriya ölçüsünüi eyni saxlayın.

Çox vaxt reklamverənlər soyuq və isti kütləyə yönəlik bir kampaniya çərçivəsində birdən çox ad set yaradır. Bu yanaşma Advantage Campaign Budget üçün ideal deyil. Çox güman ki, büdcənin böyük hissəsi daha geniş auditoriyaya paylanacaq. Burada daha böyük auditoriyaya üstünlük veriləcək və hər bir ad set üçün eyni dərəcədə böyük auditoriyadan istifadə ediləcək.

2. Dəyişiklikləri məhdudlaşdırın.

Kampaniyanıza hər dəfə yeni ad set əlavə etdiyiniz zaman iki saatlıq yenidən tənzimləmə müddəti olacaq. Bundan əlavə, kampaniya parametrlərində edilən hər hansı dəyişiklik öyrənmə mərhələsini yenidən başlayacaq. Advantage Campaign Budget ad setlərin sərbəst fəaliyyətini yox, bütün kampaniya üzrə optimallaşdırmanı nəzərdə tutur,ona gör

 də, dəyişikliklər reklamınıza böyük təsir göstərir. Əgər hər hansı dəyişikliklər edəcəksinizsə onu birdəfəlik edib bitirməkdə fayda var.

3. Aşağı performans göstərən ad setləri dayandırmayın.

Bu, ad set büdcələrindən istifadə edərkən tipik bir təcrübədir. Ancaq unutmayın ki, alqoritm daim düzəlişlər edir. Aşağı performans göstərən reklam dəstlərini dayandırmağa ehtiyac yoxdur, çünki Meta ona daha az pul xərcləyəcək. Sizin müdaxiləniz isə optimallaşdırmaya mane olacaq.

4. Kampaniya səviyyəsində nəticələri təhlil edin.

Nəticələrə ad setlər üzrə baxmaq yerinə əsas kampaniya şəklində analiz etməlisiniz. 

Nə vaxt istifadə etməliyik? #

Yuxarıda qeyd etdiyimiz bir çox məqama əsasən bu suala cavab tapa bilərsiniz, aşağıda bunu yenidən ümumiləşdirək:

1. Oxşar ölçülü auditoriyalar üçün çoxlu ad setlər yaradırsınız.

2. Təklif strategiyasını, büdcə növünü və ya performans məqsədini reklam dəsti ilə fərdiləşdirməyə ehtiyacınız yoxdur.

3. Siz Advantage Campaign Budget ilə optimizasiyaya güvənirsiniz və müdaxiləyə ehtiyac duymursunuz.

Advantage Campaign Budget o vaxt daha yaxşı işləyir ki, siz soyuq kütləyə xitab edirsiniz. Çünki alqoritm ən çox həcmli kütlədən ən yaxşı nəticə verəcək qrupu tapmağa fokuslanıb və bu kütləniz geniş olduqda daha çox işə yarayacaq. 

Bu yazımızda sizinlə ən yaxşı təcrübələri paylaşmağa çalışdıq.

Bəs sizin Advantage Campaign Budget ilə təcrübələriniz nələrdir? Bizimlə paylaşa bilərsiniz. 

Meta reklamlarında Xərcləmə Limitləri: Campaign, Account, Daily
Mündəricat
  • Advantage Campaign Budget necə işləyir?
  • Eligibility Tələbləri (Eligibility Requirements)
  • Necə set up etməliyik?
  • Ad set xərcləmə limitləri 
  • Ən yaxşı təcrübələr 
  • Nə vaxt istifadə etməliyik?

Techmark Academy

Techmark Rəqəmsal Tədris Mərkəzi sizlərə rəqəmsallaşan müasir dünyamıza adaptasiya prosesində yardım edəcək kursları təklif edir. Biznes, marketinq, dizayn, kodlaşdırma və neyro elmlər üzrə texnologiyanın təsir etdiyi sektorlar üzrə yeniliklərin tədris sektoruna tətbiqi üçün çalışırıq.

Sosial Mediada Biz

Facebook
Linkedin
Instagram

 

Məxfilik:
Privacy Policy

Populyar Kurslar

Rəqəmsal Marketinq kursu
UX/UI kursu
Machine Learning with Python kursu

© 2025 techmark.edu.az

Linkedin Facebook Instagram
Scroll to top
  • Kurslar
    • Digital Marketing Kursu
    • Machine Learning with Python Kursu
    • Excel ilə Reporting Kursu
  • Resurslar
    • Bloq
    • Məlumat Bazası
  • Haqqımızda
  • Əlaqə
Qeydiyyat