- Google Keyword Planneri necə setup edək?
- Yeni açar sözlər tapın
- Açar sözlərlə başlayın
- Vebsaytla başlayın
- Axtarışın həcmi və proqnozları əldə edin
- SEO-da Google Keyword Planner
- Axtarış həcmi yüksək olan açar sözlər tapın
- Spesifik yerə görə açar sözün axtarış həcmini tapmaq olar.
- Rəqiblərinizin açar sözlərini analiz edin
- Kampaniya üçün performans proqnozu
Google Keyword Planner pulsuz açar söz araşdırma alətidir. Siz ondan yeni açar sözlər tapmaq, onların təxmini axtarış həcmlərinə baxmaq və onları hədəf almağın nə qədər başa gəldiyini öyrənmək üçün istifadə edə bilərsiniz.
Google Keyword Planner texniki cəhətdən PPC (klik başına ödəmə) reklam vasitəsi olsa da, siz onu SEO strategiyanız üçün açar sözləri tapmaqda da istifadə edə bilərsiniz.
Ümumilikdə Google Keyword Planner təklif etdiyi əsas faydaları qısa olaraq bü cür qeyd edə bilərik:
- Açar söz tədqiqatı: İstifadəçilər bizneslərinə və ya məzmunlarına uyğun açar sözlər və ya ifadələrin siyahısını daxil edə bilərlər. Alət daha sonra həmin açarsözlər əsasında əlavə açar söz təklifləri yaradır.
- Axtarış Həcmi: Google Keyword Planner hər bir açar söz üçün orta aylıq axtarış həcmi haqqında məlumat verir. Bu, reklamverənlərə müəyyən bir açar sözün Google-da nə qədər tez-tez axtarıldığını anlamağa kömək edir.
- Rəqabət Səviyyəsi: Alət həmçinin hər bir açar söz üçün rəqabət səviyyəsini göstərir. Bu, reklamverən olaraq bizə eyni açar sözlərini hədəfləyən başqa reklamverənlərin sayı barədə fikir verə bilər.
- Tövsiyyə olunan Təkliflər: PPC kampaniyaları həyata keçirən reklamverənlər üçün Google Keyword Planner açar sözlərin axtarışı zamanı tələb oluna biləcək təxmini təklif məbləğlərini göstərir.
- Açar söz trendləri: İstifadəçilər açar sözlər üçün tarixi tendensiyaları görə bilər, açar sözün populyarlığının zamanla artdığını və ya azaldığını analiz edə bilərlər.
- Açar söz qruplaşdırılması: Alət istifadəçilərə açar sözləri reklam qruplarında qruplaşdırmağa imkan verir ki, bu da onların PPC kampaniyalarını effektiv şəkildə strukturlaşdırmağa kömək edir.
Google Keyword Planneri necə setup edək? #
Google Keyword Plannerə daxil olmaq üçün əvvəlcə Google Ads hesabı yaratmalısınız.
1. Google Ads-ə daxil olun, “İndi başla” düyməsini klikləyin və və göstərişlərə əməl edərək hesabı yaradın.
2. Alətlər hissədən Google Keyword Plannerə daxil olun.
3. Məqsəd seçin:
Google Keyword Planner sizdən kampaniyanız üçün məqsəd seçməyi istəyəcək. Siz “Yeni açar sözlər tapın” və ya “Axtarışın həcmi və proqnozları əldə edin” kimi seçimlərdən seçə bilərsiniz. Ehtiyaclarınıza uyğun gələn məqsədi seçin.
Yeni açar sözlər tapın #
Yeni açar söz ideyaları tapmaq üçün açar söz araşdırması aparmaq istəyirsinizsə, bu seçimi seçin. Sİz burada da iki seçim görəcəksiniz.
- Açar sözlərlə başlayın: Biznesinizlə əlaqəli 10-a qədər açar söz daxil edin
- Vebsaytla başlayın: URL daxil edin və həmin səhifəyə uyğun açar söz təkliflərinə baxın
Açar sözlərlə başlayın #
Əgər ağlınızda bir açar söz (və ya bir neçə açar söz) varsa və əlaqəli fikirlərin siyahısını istəyirsinizsə, bu üsuldan istifadə edin.
Aşağıdakı nümunədə gördüyünüz kimi istədiyiniz açar sözü daxil edib nəticələri görmək üçün klikləyin.
İpucu: Google-a təklif etmədiyiniz xidmətləri, məhsulları və ya brendləri silməkdə kömək etmək üçün saytınızın URL-ni daxil edin.
Vebsaytla başlayın #
Açar söz ideyalarını vebsaytın və ya xüsusi səhifənin URL-ni daxil etməklə də tapa bilərsiniz. Google həmin səhifənin (və ya saytın) məzmunu ilə əlaqəli açar sözlər axtaracaq.
URL-i daxil etməklə, bütün saytı və ya yalnız səhifəni seçməklə və “Nəticələri əldə et” düyməsini klikləməklə başlayın.
Axtarışın həcmi və proqnozları əldə edin #
Əgər artıq açar sözlər siyahısının varsa, bu seçimdən istifadə edin. Bu, axtarış həcmini – açar sözlərin hər ay orta hesabla nə qədər tez-tez axtarıldığını – və eyni anda bir neçə açar söz üçün digər göstəriciləri görməyə imkan verir.
Başlamaq üçün axtarışa açar sözlərinizi daxil edin. Hər sətirə bir açar söz əlavə edin və ya vergüllə ayrılmış şəkildə qeyd edin.
Yalnız daxil etdiyiniz açar sözlər haqqında məlumat əldə edəcəksiniz. Uyğun açar söz ideyaları görünməyəcək.
Sol tərəfdəki “Proqnoz” düyməsini klikləsəniz, Google-un daxil etdiyiniz açar sözlərdən əldə edəcəyiniz kliklər və təəssüratlarla bağlı proqnozunu görəcəksiniz. Əgər reklam verirsinizsə bu faydalı hesabatdır.
Keyword Planner hər bir açar sözün klik sayını, təəssüratlarını, dəyərini, klikləmə dərəcəsini və klik başına orta dəyəri (CPC) proqnozlaşdıracaq.
SEO-da Google Keyword Planner #
Açar söz planlayıcısı ilk növbədə reklamverənlər üçün bir alət olsa da, SEO işlərində xeyli işimizə yarayır.
SEO strategiyanız üçün ən yaxşı açar söz fikirlərini tapmaq üçün alətdən istifadə edə bilərsiniz.
Müvafiq açar sözləri tapın
Uyğun açar sözlərin hədəflənməsi auditoriyanın axtarış niyyətini (istifadəçinin axtarış aparmasının səbəbi-search intent) bilməyə kömək edir. Hansı ki, bu daha yüksək reytinq almağınıza kömək edə bilər.
Beləliklə, fikirlər siyahısını dəqiqləşdirməklə başlayın. Uyğun olmayan açar sözləri süzün.
Deyək ki, bir onlayn mağazanız var və qaçış ayaqqabıları ilə bağlı açar söz ideyaları axtarırsınız.
Əsas açar sözünüz kimi “qaçış ayaqqabıları” daxil etsəniz, digər marka ilə əlaqəli açar sözlər də görəcəksiniz.
Ancaq bu markaları mağazanızda satmırsınızsa, bu açar sözləri çıxarmalısız. Bunun üçün sağ tərəfdəki “Refine keywords” sütunundan istifadə edin.
Bu, brend, ayaqqabı növü, cins, idman və s. kimi atributlara əsaslanan açar sözləri çıxarmağa (və ya daxil etməyə) imkan verir.
Axtarış həcmi yüksək olan açar sözlər tapın #
Açar söz axtarış həcmi insanların müəyyən vaxt çərçivəsində açar sözü nə qədər tez-tez axtardığını (orta hesabla) göstərən metrikdir. (Adətən aylıq)
Bu vacib bir metrikdir, çünki açar sözün axtarış həcmi nə qədər yüksək olarsa, o, səhifəniz üçün bir o qədər çox trafik yarada bilər.
Aşağıdakı şəkildə gördüyünüz kimi açar sözün axtarış həcmini qarşısında qeyd olunan rəqəmə əsasən bilirik.
Spesifik yerə görə açar sözün axtarış həcmini tapmaq olar. #
Google Keyword Planner bizə imkan verir ki, hər hansı ölkə və ya şəhər üçün açar sözün həcminə baxa bilək. Əgər Local SEO edirsinizsə bu sizin üçün faydalı ola bilər.
Rəqiblərinizin açar sözlərini analiz edin #
Rəqiblərinizin nə etdiyini təhlil etmək üçün Keyword Plannerdəyeni açar sözlər araşdırarkən
“Yeni açar sözlər kəşf et” bölməsinə keçin və “Veb saytla başla” düyməsini basın.
Sonra, əsas rəqiblərinizdən birinin URL-ni daxil edin.
Bu şəkildə siz rəqiblərin hansı açar sözlərdən necə istifadə etdiyini analiz edə və bununla bağlı öz işinizdə də dəyişikliklər yarada bilərsiniz.
Kampaniya üçün performans proqnozu #
Google Keyword Plannerdə siz həmçinin reklam kampaniyanızın potensial olaraq necə performans göstərə biləcəyi ilə bağlı fikirlər əldə edə bilərsiniz.
Aşağıdakı şəkildən göründüyü kimi, siz bid strategy-nizi dəyişib ona uyğun şəkildə görmək istədyiniz metrikləri əlavə edə bilərsiniz.
Yuxarıdakıları ümumiləşdirsək deyə bilərik ki, Google Keyword Planner hər bir rəqəmsal marketinq mütəxəssisinin istifadə etməli olduğu, istər SEO edən zaman istərsə də ödənişli reklamlarda köməyə çatan Google tərəfindən təqdim olunan açar söz araşdırma alətidir.
Biz bu yazıda sizə istifadə zamanı ən vacib bilməli olduğunuz məqmaları göstərməyə çalışdıq.
Bu kimi digər rəqəmsal alətləri daha dərindən mənimsəmək və rəqabətcil bazarda ön sıralarda olmaq istəyirsinizsə Rəqəmsal Marketinq kursumuza qoşula bilərsiniz.