- GA4 nədir?
- Universal Analytics ilə GA4 arasında nə kimi fərqlər var?
- GA4-də eventlər dörd kateqoriyada qruplaşdırılıb:
- GA 4 necə quraşdırmalıyıq?
- Yeni məlumat axını əlavə etmə (Data Stream)
- Conversion və event tracking-i setup edin
- Google Tag Manageri konfiqurasiya edin
- GA4 Konfiqurasiya teqinin qurulması
- GA4 Event teqinin qurulması
- GTM-də GA4 Event teqini necə qurmaq olar:
- Debug rejimini aktivləşdirin
- Veb saytınızda debug rejimini aktivləşdirmə
- iOS tətbiqinizdə mobil telefonun debugunu aktivləşdirmə
- Android tətbiqinizdə mobil debugun aktivləşdirilməsi
- Yekun
Artıq bir neçə aydır ki Universal Analytics ilə vidalaşdıq və hər birimiz GA4 ilə tanış olduq.
Bu dəfəki yazımızda
- GA4 nədir?
- Universal Analytics ilə GA4 arasında nə kimi fərqlər var?
- GA 4 necə quraşdırmalıyıq?
kimi suallara cavab tapacağıq. Gəlin başlayaq.
GA4 nədir? #
Google Analytics 4 rəsmi olaraq 2020-ci ilin oktyabrında istifadəyə verilmiş və 2023-cü ildə Universal Analytics-i əvəz edən Google-un analitik platformasının yeni nəslidir.
GA4 event əsaslı yeni analitika alətidir və bizə platformalar arası bütün dataları izləmə imkanı verir.
Süni intellektə əsaslanan datalar və məxfiliyə əsaslanan dizaynı ilə GA4-ün imkanları sadəcə istifadəçiləri daha yaxşı başa düşməyə kömək etmir, həm də istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün də edəcəyiniz fəaliyyətləri proqnozlaşdırmağa şərait yaradır.
Universal Analytics ilə GA4 arasında nə kimi fərqlər var? #
1. GA4 marketoloqlar üçün bir sıra yeni funksiyalar təklif edir, hansı ki bunların bəziləri əvvəllər yalnız GA360 müştəriləri üçün mövcud olan funksiyalar idi. Əsas fərq isə GA4 Universal Analytics-dən fərqli olaraq Event əsaslı data modeline fokuslanıb.
GA (Universal Analytics) yalnız properity üzrə səhifə baxışlarını(page view) izləyə bilirdi. Digər fəaliyyətləri izləmək üçün onu fərdiləşdirmək lazım idi, bunun üçün isə Google Tag Manager haqqında daha təkmil bilik tələb olunurdu.
Digər tərəfdən GA4, əlavə məlumat toplamaq üçün hazır vəziyyətdədir. Diqqət daha çox istifadəçilərə yönəlib və hər bir fəaliyyət event kimi qeyd olunur.
“Enhanced Measurement” buna misaldır – Siz bunu aktivləşdirərək scrolling, outbound clicks, video engagement, file downloads və s. dataları avtomatik olaraq toplayırsınız.
Dəyişiklik veb və mobil proqramlar üzrə istifadəçi səyahətlərini dəqiq izləməyə imkan verməklə işimizə çox yarayır. Unversal Analitikada izləmə URL-lərə bağlı idi və interactions zaman aralığına görə görə qruplaşdırılırdı.
Eventə əsaslanan yeni data modeli çarpaz istinad(cross-referencing) anlayışlarını asanlaşdırır. O, həmçinin istifadəçilərin veb saytınızda və ya tətbiqinizdə necə naviqasiya etdiyini görməyə imkan verir.
Məsələn, hər dəfə kimsə emailə abunə olduqda , GA4-ə generate_lead eventi göndərilir. Bunu son hadisə olaraq təyin etməklə, istifadəçilərin abunə olmadan əvvəl nə etdiklərini müəyyən etmək üçün pathing analysis istifadə edə bilərsiniz. Onların tətbiqinizdə və ya saytınızda etdiyi hər hərəkət gələcək fəaliyyəti proqnozlaşdırmaq və daha çox qeydiyyatdan keçməyi təşviq etmək üçün saytınızı və ya tətbiqinizi uyğunlaşdırmaqda sizə kömək edə bilər.
GA4-də eventlər dörd kateqoriyada qruplaşdırılıb: #
1. Avtomatik events. Sayta GA4 quraşdırdıqdan sonra avtomatik izlənilən eventlar. Bunlara page_view, session_start və first_visit kimi ilkin eventlər daxildir.
2. Enhanced Measurement events. Veb saytınıza və ya tətbiqinizə uyğun olaraq aktivləşdirilə və ya söndürülə bilən eventlər –scrolls, site search, video engagement, and outbound click. Bunlar istifadəçi davranışını və məzmunun uğurunu ölçmək üçün səhifə baxışlarından daha dərinə getməyə imkan verir.
3. Recommended events. Google-un biznesinizə əsaslanaraq quraşdırmanızı tövsiyə etdiyi eventlər. Məsələn, e-ticarət mağazaları üçün tövsiyə olunan eventlərə add_to_cart, purchase, and begin_checkout daxildir.
4. Custom events. Ehtiyaclarınızdan asılı olaraq özünüz yarada biləcəyiniz eventlər və parametrlər. Məsələn, e-ticarət biznesiniz varsa, istifadəçilərin xəta ilə qarşılaşdıqda nə etdiklərini görmək üçün begin_checkout-dan sonra xəta eventi yaratmağa qərar verə bilərsiniz. Onların fəaliyyəti daha sonra checkout prosesinizi təkmilləşdirmək üçün istifadə edilə bilər.
2. Veb və mobil analitika bir yerdə. GA4 və Universal Analitika arasındakı digər əsas fərq həm mobil, həm də veb məlumatlarınızı birləşdirməsidir – siz hamısını bir platformada görə, izləyə və idarə edə bilərsiniz.
4. Təkmilləşmiş debugging. UA-da debugging problemin Google Tag Menecerde və ya veb saytınızda olub-olmadığını müəyyən etməyi çətinləşdirə bilirdi. GA4 interfeysində DebugView adlı canlı debugging hesabatını təqdim etməklə istifadəçilərə bu çətinliklərin aradan qaldırmağa kömək edir. Bu, realtime event datalarına, eləcə də custom parametrlərə nəzarət etməyə və istifadəçi xüsusiyyətlərini təyin etməyə imkan verir.
Siz həmçinin debug aktivləşdirilmiş cihazlardan istifadəçi məlumatlarını təcrid edə və görə bilərsiniz. Və Google Tag Managerin Chrome extension-u (Tag Assistant) istifadə edirsinizsə, problemləri tez tapmaq üçün məlumatları realtime olaraq DebugView-a idxal edə bilərsiniz.
5. Yeni interfeys GA4 istifadəçi interfeysi dərhal nəzərə çarpan dəyişiklikdir. Naviqasiya strukturu yeni data toplama modelinə uyğun olaraq istifadəçi yollarına (user paths) və eventlərə fokuslanaraq sadələşib.
GA4 interfeysi:
Universal Analytics interfeysi:
Vizuallaşdırma təkmilləşdirilib və data cədvəlləri yenilənib. İndi bir baxışda realtime dataları və hesabatları görmək daha asandır:
GA4 vasitəsilə biz həmçinin dinamik məlumatlara baxa və müqayisələr əlavə edə bilirik. Məsələn, desktop datarı ilə mobil cizah datalarını və ya bütün son istifadəçi fəaliyyəti ilə konkret ölkədən son istifadəçi fəaliyyətini müqayisə edə bilərik:
6. Funnels. GA4 ilə indi bütün istifadəçilərin əvvəllər yalnız GA360 istifadəçiləri üçün nəzərdə tutulmuş funnels hissəyə girişi var. Yeni funnel xüsusiyyətləri daha çox fərdiləşdirilə biləndir, bu da sizə geriyə və seqmentləşdirilə bilən funnelər yaratmağa imkan verir.
GA 4 necə quraşdırmalıyıq? #
1. Google Analytics Hesabınıza daxil olun
2. Aşağı sol naviqasiyada Admin hissəyə klikləyin
3. Property altında düzgün hesabın seçildiyini yoxlayın və GA4 Setup Assitant üzərinə klikləyin
4. Mən yeni GA4 Property yaratmaq istəyirəm yazısının altında Başlayın düyməsinə klikləyin.
5. Əgər saytınızda gtag.js-dən istifadə edirsə, siz Google wizard-ın mövcud teqlərdən istifadə edərək data toplamağa icazə verib-verməməsini seçə bilərsiniz.
Əgər veb sayt yaradıcısı və ya CMS (məsələn, WordPress, Wix, Squarespace, Shopify və s.), Google Tag Manager və ya saytınız analytics.js ilə teqlənibsə, saytınıza yeni teqlər quraşdırmaq üçün sizə lazım olacağını bildirən mesaj görəcəksiniz.
GA4 Property əlavə edilməsi üçün Google-un bələdçisi bunu necə etmək barədə təlimatları təqdim edir.
6. Property yaratmaq seçiminə klikləyin
UA Property-dəki detallardan istifadə edərək, Google yeni Property qurmaq üçün mövcud analitikanızı GA4 ilə birləşdirəcək. O, həmçinin enhanced measurement-i aktivləşdirəcək ki, siz dərhal istifadəçi davranışı haqqında ətraflı öyrənməyə başlayasınız. Bütün bunlar mövcud UA məlumatlarınızla yanaşı həyata keçirilir və bu, mövcud setup məlumatları izləməyə imkan verir.
7. Konfiqurasiya üçün GA4 Property Setup Assistant Səhifəsindən “ See your GA4 Property” seçiminə klikləyin.
Google burada aşağıdakı fərdiləşdirmələri təklif edir:
1. Tag installation – Teq quraşdırılması: Yeni property-də event datalarını toplamaq üçün qlobal sayt teqləri əlavə edin.
2. Custom event measurement: Avtomatik və enhanced measurement-in əhatə etmədiyi eventləri əlavə edin. Məsələn, siz formu doldurmağı və ya xüsusi CTA linklərindəki klikləri izləmək istəyə bilərsiniz, bunun üçün custom eventlər yarada bilərsiniz.
3. User ID – İstifadəçi ID-si: Sayt ziyarətçilərini platformalar və cihazlar arasında izləyə bilmək üçün onlara unikal istifadəçi identifikatorları təyin edin.
4.Enhanced Measurement: Google-un AI-nin gücündən istifadə etmək üçün defolt eventləri aktivləşdirin.
5. Google siqnallarını aktivləşdirin: Reklam Fərdiləşdirməsindən istifadə edən istifadəçilərin cihazlar arası hesabatını və demoqrafik məlumatlarını açın.
6. Link to Google Ads – Google Ads ilə əlaqə: Reklam məlumatlarını izləmək üçün GA4-ü Google Ads hesabınızla bağlayın.
7. Auditoriyaları müəyyənləşdirin: Hesabat və analitik məqsədlər üçün istifadəçiləri seqmentlərə ayırın. Məsələn, siz istifadəçiləri müəyyən bir əraziyə görə və ya Facebook postundan saytınıza keçidə görə qruplaşdırmağa qərar verə bilərsiniz. Daha sonra bu auditoriyalardan məkana görə və ya remarketinq reklam kampaniyaları yaratmaqda istifadə edə bilərsiniz.
8. Setup Conversions – Dönüşümləri quraşdırın: Vacib interactionlara dəyər təyin etmək üçün custom conversion-lar yaradın (məsələn, file_download, Form_submit və ya News_letter_sign_up).
9. Implement ecommerce measurement – Elektron ticarət fəaliyyətinin ölçülməsi: Elektron ticarətə aid eventlər üçün ölçməni setup edin. Məsələn, istifadəçi tanıtım bannerinə kliklədikdə select_promotion və ya istifadəçi səbətinə bir məhsul əlavə etdikdə add_to_cart seçin.
10. İstifadəçiləri idarə edin: GA4 Property-ə girişə nəzarət edin. Bu, komandanızın bir üzvünə giriş icazəsi vermək lazım olduqda bizə lazım olan hissədir.
Yeni məlumat axını əlavə etmə (Data Stream) #
GA4 Setup Assistant quraşdırma zamanı avtomatik olaraq veb saytınız üçün data stream yaradacaq. iOS, Android və Vebdə əlavə streamlər yaratmaq üçün:
1. Admin > Data Streams bölməsinə keçin, sonra Əlavə et klikləyin
2. iOS, Android proqramı və ya Veb üzərinə klikləyin
3.App data stream əlavə edirsinizsə, iOS Bundle ID və ya Android packake name daxil edin, sonra Proqramı Qeydiyyatdan keçir (Register App) üzərinə klikləyin. Konfiqurasiya faylını endirmək və tətbiqinizə Firebase SDK əlavə etmək üçün təlimatlara əməl edin, sonra Bitir düyməsini klikləməzdən əvvəl setup- ı yoxlamaq üçün onu işə salın. Veb data stream əlavə edirsinizsə, əsas URL-nizi daxil edin, enhanced measurement-i aktivləşdirin, sonra Create stream seçiminə klikləyin.
Conversion və event tracking-i setup edin #
Setup Assistant-dan istifadə ümumi eventləri ölçməyə və onları conversion kimi izləməyə kömək edəcək.
Siz həmçinin “Events” reportunda conversionları və eventləri manual olaraq idarə edə bilərsiniz. Buradan bütün mövcud eventləri “mark as conversion” kimi işarələyə bilərsiniz. Nəticələr daha sonra “Conversions” reportunda görünəcək.
Müəyyən bir səhifəni izləmək üçün yeni bir event yaratmaq istəyirsinizsə, “Events” reportunda Create event üzərinə klikləməlisiniz.
Məsələn, “thank you” səhifəsinə keçid edən istifadəçiləri izləmək istəyirsinizsə, parametr kimi page_location və dəyər kimi thank_you ilə eventini konfiqurasiya edə bilərsiniz.
İstifadəçi həmin səhifəyə keçdikdə, o, hesabatınızda event kimi görünəcək. Oradan onu conversion kimi qeyd edə bilərsiniz.
Nəhayət, Google Tag Manager-də GA4 event teqindən istifadə etməklə event və conversion-ları izləyə bilərsiniz. Button click kimi spesifik bir hərəkəti izləmək istəyirsinizsə, bu faydalı ola bilər.
Bunu etmək üçün əvvəlcə GTM-i konfiqurasiya etməlisiniz.
Google Tag Manageri konfiqurasiya edin #
Google Tag Manager GA4 property-lərini iki teqlə dəstəkləyir:
Google Analytics: GA4 Configuration
Google Analytics: GA4 Event
GA4 Konfiqurasiya teqinin qurulması #
Google Analytics: GA4 Configuration teqini əvvəllər GTM-də aşağıdakı şəkildə gördüyünüz formada qurmaq olurdu:
- Teqlər > Yeni klikləyin
- Tag Configuration-a klikləyin
- Google Analytics seçin: GA4 Konfiqurasiyası
- Measurement ID-nizi daxil edin. Bu Google Analytics-də Admin > Data Streams-dən kopyalana bilər.
İndi isə belədir:
- Google Tag Managerdə yeni tag yaradırsınız. Google Analytics hissədən Google Tag seçirsiz.
- Daha sonra Google tag ID daxil edirsiz.
- Ardınca bu tag hansı səhifələrdə işləməlidir, onu qeyd edirsiz. Analytics üçün adətən all pages seçirik.
- Daha sonra publish tıklayırıq və analitkaya dataların gəlməsiniz gözləyirik.
Prosesi özündə əks etdirən fotolar aşağıda göstərilib.
GA4 Event teqinin qurulması #
GA4 event teqləri həmişə lazım olmayacaq. Məsələn, əgər siz hazırda yeni Enhanced Measurement funksiyasından istifadə etməklə toplana bilən eventləri izləmək üçün UA teqlərindən istifadə edirsinizsə, bunun əvəzinə həmin seçimdən istifadə etməlisiniz.
Teq əlavə etmək vaxtı, Enhanced Measurement təmin edə biləcəyindən daha çox detala ehtiyac duyduğunuz zamandır. Google aşağıdakı nümunəni təqdim edir:
GTM-də GA4 Event teqini necə qurmaq olar: #
1. “Teqlər” hissəyə və daha sonra “Yeni” düyməsinə basın
2. Tag Konfiqurasiyasına klikləyin
3. Google Analytics seçin: GA4 Event
4. Konfiqurasiya teqi altında əvvəllər yaratdığınız Konfiqurasiya teqindən istifadə edin
5. Event adı altında eventin adını daxil edin (Google ən yaxşı nəticələr üçün tövsiyə olunan event adlarından istifadə etməyi təklif edir)
6. Event Parametrləri altında parametr adınızı və dəyərinizi daxil edin )Google ən yaxşı nəticələr üçün tövsiyə olunan parametr adlarından seçim etməyi təklif edir)
7. Custom user propetiesi əlavə edin
Teq konfiqurasiyasını yadda saxlayın və konteynerinizi publish edin
Debug rejimini aktivləşdirin #
Debug rejimini yandırmaq analitik konfiqurasiyanı təsdiqləmək üçün son addımdır. Ken Williamsın izah etdiyi kimi, bu da vacibdir:
Debug rejimi veb saytınız və tətbiqləriniz üçün fərqli şəkildə aktivləşdirilir.
Veb saytınızda debug rejimini aktivləşdirmə #
Veb sayt eventləri üçün debug funksiyasına keçmək Google Analytics Debugger Chrome extention quraşdırmaq və onu işə salmaqdan ibarətdir.
iOS tətbiqinizdə mobil telefonun debugunu aktivləşdirmə #
iOS üçün debug aktivləşdirməkdə Google-un rəsmi sənədləri aşağıdakı təlimatları təqdim edir:
Android tətbiqinizdə mobil debugun aktivləşdirilməsi #
Android üçün debug-ı aktivləşdirməkdə Google aşağıdakı təlimatları təqdim edir:
Yekun #
Google Analytics 4 indi Universal Analytics-i tamamilə əvəz edib.
Bu yazımızda sizinlə
- GA4 nədir? Hansı üstünlükərə sahibdir?
- Universal Analytics ilə GA4 arasında nə kimi fərqlər var?
- GA 4 necə quraşdırmalıyıq?Necə istifadə edilir?
və s. kimi vacib suallara cavab tapdıq. Növbəti blogda isə GA4 interfeysində bilməli olduğumuz ən vacib hissələrə toxunacağıq.
Bu kimi advanced alətləri dərindən mənimsəmək və rəqəmsal marketinq sahəsində öndə gedən ekspertlərdən olmaq istəyirsinizsə sizi 4 aylıq Rəqəmsal Marketinq kursumuza dəvət edirik.